Rusiyanın daha bir aviaşirkəti Samara-Bakı aviareysi üzrə uçuşlara başlayır

Rusiyanın daha bir aviaşirkəti Samara-Bakı-Samara aviareysi üzrə birbaşa uçuşlara başlayır.
Heydər Əliyev Beynəlxalq Aeroportundan Avtosfer.az-a verilən məlumata görə, bu gündən etibarən Rusiyanın "S7 Airlines" aviaşirkəti Samara-Bakı-Samara aviareysi üzrə uçuşlara başlayacaq: "Aviaşirkət Bakıdan Samaraya ilk uçuşunu bu gün saat 23:45-də yerinə yetirəcək".
Qeyd edək ki, S7-dən başqa Rusiyanın "IrAero" (çərşənbə axşamı), "Nordwind" (çərşənbə axşamı) və "Ural Airlines" (şənbə) aviaşirkətləri də sözügedən marşrut üzrə həftədə bir dəfə uçuşlar həyata keçirir.
Xatırladaq ki, hazırda Rusiyanın Moskva, Sankt-Peterburq, Yekaterinburq, Samara, Novosibirsk, Nijni Novqorod, Omsk, Norilsk, Ufa, Mineralnıye Vodı, Perm, Orenburq, Krasnoyarsk və Həştərxan şəhərlərindən Bakıya, Moskva və Sankt-Peterburqdan isə Lənkərana birbaşa uçuşlar yerinə yetirilir.
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO












