Rusiyaya yüzlərlə kiloqram heroin keçirən şəxs Azərbaycanda saxlanıldı

Rusiya Federasiyası ərazisinə bir neçə yüz kiloqramdan artıq heroini keçirməkdə təqsirli bilinən Tacikistan vətəndaşı Emomov Taqaymurod Azərbaycanda saxlanılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanları məlumat verib. Bildirilib ki, onun hazırda Rusiya Federasiyasına ekstradisiyası gözlənilir.
"Emomov Taqaymurod xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə 11 ildən artıq axtarışda olub", - hüquq-mühafizə orqanları məlumat yayıb.
İttihama görə, təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi sahəsində bir sıra xüsusilə təhlükəli cinayətləri təşkil etməkdə təqsirli bilinir. Emomov kuryerlər şəbəkəsi vasitəsilə Rusiyaya yüzlərlə kiloqram heroini keçirib. Bu işdə təqsirli olanların bir çoxu əvvəllər cinayət məsuliyyətinə cəlb edilib, həmçinin təşkilatçı kimi Emomovun əleyhinə ifadə veriblər, bəziləri isə artıq həbsdən azad ediliblər.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












