"Rusların tərbiyəsizliyini gördük” - Rövşən Məmmədov - VİDEO

AzTV-nin rəhbəri Rövşən Məmmədov müəllifi və aparıcısı olduğu “Həftə” verilişində Rusiyanın Azərbaycana olan son davranışlarını sərt tənqid edib.
Avtosfer.az xəbər verir ki, o, Azərbaycan Rusiya münasibətlərinə, son günlər Rusiya KİV-də Azərbaycanın əleyhinə səsləndirilən fikirlərə, AZAL-a məxsus təyyarənin Rusiyada vurulduqdan sonra Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasından sonra baş verən proseslərə şərh verib.
O qeyd edib ki, başqa dövlətlərə və xalqlara hörmət, hüquqlarına dəyər vermək hər kəsin, o cümlədən Rusiyanın borcudur:
“Bu gün məhz Moskvanın hakimiyyət dairələrinin nəzarətində olan media resurslarında Azərbaycan xalqının və dövlətinin təhqir olunması həm anlaşılmaz, həm də yolverilməzdir. Biz başa düşmədik, təyyarəsi vurulan biz, vətəndaşlarını və təcrübəli pilotlarını itirən biz, təhqir olunan da biz! Birincisi, baş vermiş hadisəyə münasibətdə hər kəs öz tərbiyəsini ortaya qoyur. Rusların tərbiyəsini və ya tərbiyəsizliyini gördük”.
Daha ətraflı video materialda:
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












