Rüşvət almaqda ittiham olunan məmurlar Ali Məhkəməyə üz tutdular

Rüşvət almaqda təqsirləndirilərək həbs edilən Lənkəran Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri Faiq Köçəriyev və Ağayar Yusubov Ali Məhkəməyə kassasiya şikayəti veriblər.
Avtosfer.az xəbər verir ki, onların şikayətinə hakim Teyyub Muxtarovun sədrliyi ilə baxılacaq. Avqustun 23-nə iş üzrə məhkəmə baxış iclası təyin edilib.
Faiq Köçəriyev Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Şürük kəndi üzrə, Ağayar Yusubov isə Vilvan kəndi üzrə icra nümayəndəsi vəzifəsində işləyiblər.
Onlar 2021-ci ildə həbs ediliblər və barələrində Cinayət Məcəlləsinin 311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvətalma) cinayət işi başlanıb. İşin məhkəmə istintaqı Lənkəran Ağır Cinayətlər Məhkəməsində aparılıb. Lakin onlara verilən cəza barədə açıq mənbələrdə heç bir məlumat yoxdur.
Qeyd edək ki, 311.2-ci maddə üzrə üç ilədək müddətə müəyyən vəzifətutma və ya müəyyən fəaliyyətlə məşğulolma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
(qaynarinfo.az)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












