Sabah bu rayonlarda qaz olmayacaq

SOCAR-ın "Qaz İxrac" İdarəsinə məxsus "Ucar-Zərdab" yüksək təzyiqli magistral qaz kəmərinin korroziyaya uğramış hissəsinin dəyişdirilməsi məqsədilə yeni çəkilmiş diametri 325 mm-lik yüksək təzyiqli qaz kəmərinin qaznəqli sisteminə birləşdirilməsi nəzərdə tutulub. Bununla əlaqədar 29.02.2024-cü il saat 09:00-dan işlər başa çatanadək "Lək 1-ci xətt", "Zərdab", "Ucar Pambıq emalı zavodu" və "Zərdab asfalt beton zavodu" ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.
"Azəriqaz"dan Avtosfer.az-a verilən məlumata görə, həmçinin "Ucar" qaz ölçü qovşağından qidalanan Ucar şəhərini və rayonun 20 kəndini təbii qazla təmin edən qaz təchizatı şəbəkəsində müxtəlif diametrli qaz xətlərində "Təmiz Qaz" QSC tərəfindən aşkar olunmuş qaz sızmalarının ləğvi və qaz tənzimləyici qurğuların baypas xətləri üzərində olan siyirtmələrinin təmiri ilə bağlı, 29.02.2024-cü il tarixdə saat 09:00-dan işlər başa çatanadək "Ucar" ölçü qovşağından qidalanan "Əhali" orta təzyiqli qaz kəmərindən qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir-quraşdırma işləri aparılan müddətdə Zərdab və Ucar rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












