Sabah bu şəhərlərdə QAZ OLMAYACAQ

Sabah Sumqayıtın bir neçə məhəllə və mikrorayonunda qazın verilişində fasilələr yaranacaq.
Bu barədə Sumqayıt Qaz İstismarı Sahəsi məlumat yayıb.
Məlumata görə, 2-ci kəmərin bağlanması ilə əlaqədar Sumqayıt şəhəri 76-cı məhəllədə yerləşən “Akasiya Park” MMC-ə məxsus yaşayış binalarının qaz kəmərinin mənbəyə qoşulması ilə bağlı Sumqayıt şəhəri 3, 41, 41 A, 47, 76-cı məhəllələr, 4, 8, 9, 10, 11, 12, 17, 18-ci mikrorayonlarda yaşayan abonentlərin qaz təchizatında məhdudiyyətlər yaranacaq.
Saat 12:00-dan etibarən işlər yekunlaşana qədər abonentlərə verilən qaz təchizatı dayandırılacaq.
***
Sabah Neftçala şəhəri daxil olmaqla rayonun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
“Azəriqaz” İstehsalat Birliyindən Avtosfer.az-a verilən məlumata görə, “Ələt-Astara” avtomobil yolunun “Yenikənd-Biləsuvar” hissəsinin genişləndirilməsi məqsədilə tikinti sahəsinə düşən SOCAR-ın “Qaz İxrac” İdarəsinə məxsus “Neftçala qaz kəməri qolu”nun 20-ci kilometrliyində yerləşən yol keçidi hissəsinin yenidən qurulması ilə bağlı yeni çəkilmiş yüksək təzyiqli qaz xəttinin qaznəqli sisteminə birləşdirilməsi ilə əlaqədar 15.11.2023-cü il tarixində saat 08:00-dan təmir işləri başa çatanadək “Neftçala” QPS-dən qaz təchizatının dayandırılması planlaşdırılır.
Məlumata görə, təmir işləri aparılan müddətdə Neftçala şəhəri daxil olmaqla rayonun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO












