Sabirabadda yeni təmir olunan körpü qəzalı vəziyyətə düşüb - VİDEO

Bir neçə il bundan öncə qəzalı vəziyyətə düşən körpü təmir edilib istifadəyə verilsə də, həmin körpü yenidən qəzalı vəziyyətə düşüb. Hazırda körpü üzərində gediş-gəliş məhdudlaşdırılıb.
Böyük bir dəlik hər an təhlükənin olacağını qacınılmaz edir. Üzərində böyük çuxurun yarandığı bu körpü Sabirabadın Sarxanbəyli kəndi ərazisində, 2-ci Küryanı kollektorunun üzərində yerləşir.Körpüdən Sarxanbəyli kəndinin sakinləri ilə yanaşı ona qonşu olan Moranlı, Surxaykənd eləcə də, bir neçə yaxın kəndin sakinləri istifadə edir.
Bir neçə gündür ki, körpüdən çəkisi 2 tondan artıq nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Bu da, hər gün bu körpüdən istifadə edən kənd sakinlərini işini bir xeyli çətinləşdirib. Sakinlər qeyd edirlər ki, əsas əkin sahələri və iş yerləri körpünün digər tərəfində yerləşdir. Onlar öz əkin sahələrinə getmək üçün əlavə olaraq 6-7 km əlavə məsafə getməli olurlar.
Körpüyü cavabdeh olan Azərbaycan Meliorasiya və Su Təsərüfatı ASC-nin Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsindən şifahi olaraq bildirdilər ki, 1952-ci ildən istifadəyə verilən körpü 2019-cu ildə ərazidə beton su kanallarını çəkilişi zaman ağır tonnajlı yük avtombillərinin sıx hərəkəti nəticəsində dağılsada sonradan həmin podratçı şirkət tərəfindən təmir edilərək istifadəyə verilib. İdarə əməkdaşları yenidən qəzalı vəziyyətə düşən köpüyə baxış keçirib və çəkisi 2 tondan artıq nəqliyyat vasitələrinin hərəkətini qadağan edən nişanlar quraşdırıblar. Körpünün təmiri və yenidən qurulması ilə bağlı idarə tərəfindən Səhimdar Cəmiyyətə məlumat verilib. Qəbul ediləcək qərar əsasında körpünün təmir və ya yenidən qurulmasına başlanılacaq.
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək











