ANAMA-dan indiyədək minalardan təmizlənən ərazilər barədə AÇIQLAMA

“İndiyədək ümumilikdə 49 min 395,3 hektar ərazi minalardan təmizlənib, minalar və partlamamış hərbi sursatlar aşkar edilərək zərərsizləşdirilib. Həmçinin minaların partlaması nəticəsində 240 mülki və hərbçi həlak olub və ya yaralanıb”.
“Report” xəbər verir ki, bu fikirləri Şuşada keçirilən beynəlxalq konfrans zamanı Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin müavini Samir Poladov deyib.
Minaların insanların həyatına yaratdığı təhlükədən danışan S.Poladov işğal zamanı dağıdılmış ərazilərin də minalarla çirkləndiyini və bu yerlərin də təhlükəli ərazilər sayıldığını qeyd edib.
Həmçinin bildirib ki, Ermənistan tərəfindən minalarla bağlı hər hansı xəritə təqdim edilməyib.
Samir Poladov vurğulayıb ki, minatəmizləmə işləri prioritet olaraq əsas nəqliyyat yollarında, mühüm infrastruktur binalarında, əsas rayon və kəndlərdə aparılır.
Diqqətə çatdırılıb ki, minatəmizləmə əməliyyatlarının uğurla davam etməsi keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıtması prosesi və münaqişənin təsirinə məruz qalmış ərazilərin sosial-iqtisadi inkişafına müsbət təsir göstərəcək.
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO












