Şabranda narkotikə görə 2 qardaş saxlanılıb

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, polis əməkdaşları keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması və daşımasında şübhəli olan rayon sakini Tərlan Əzimovu saxlayıblar. Onun üzərindən psixotrop maddə olan metamfetamin və marixuana aşkar olunaraq götürülüb.
Araşdırmalar zamanı məlum olub ki, T.Əzimov narkotik vasitələri qardaşı Qəşəm Əzimovdan götürüb. Q.Əzimovun üzərinə və yaşadığı evə baxış keçirilən zaman bükümlərdə ümumi çəkisi 30 qramdan çox olan heroin, külli miqdarda psixotrop maddə olan metamfetamin, marixuana və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.
Faktla bağlı Şabran RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Tərlan Əzimov barəsində polisin nəzarəti altına vermək qismində qətimkan tədbiri seçilib, Q.Əzimovun barəsində isə həbs qətimkan tədbiri seçilib.
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir











