Şabranda tender oyunu: Qaydaları pozan şirkətə 25 milyonluq layihə verildi

Şabran Rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhəri üzrə nümayəndəliyi yolların əsaslı təmiri işləri ilə bağlı keçirdiyi tenderə yekun vurub.
Avtosfer.az vahid dövlət elektron satınalmalar portalına istinadən xəbər verir ki, tenderin qalibi "Şabran-D" MMC seçilib və şirkətlə 25,5 milyon manatlıq müqavilə imzalanıb. Müqaviləyə əsasən, 2022-ci ilin sonuna kimi Şabran şəhərində 18 küçədə yollara asvalt döşənilməsi nəzərdə tutulub.
Qeyd edək ki, "Şabran-D" MMC-nin rəhbəri Cəlal Bədəlovla Şabran İcra Hakimiyyəti başçısının keçmiş 1-ci müavini Mehdi Balabəyov arasında 2019-cu ildə ciddi maliyyə konflikti, 227 min manatlıq məhkəmə mübahisəsi yaranmışdı.
Cəlal Bədəlov mediaya açıqlamasında, həm də hüquq-mühafizə orqanlarına müraciətində Şabran rayonunda aparılan quruculuq işlərinin və yeni layihələrin tenderində iştiraka razılıq almaq məqsədi ilə Mehdi Balabəyova 227 min manat verdiyini, amma tenderdə uğurlu nəticə əldə etmədiyini açıqlamışdı.
Başqa sözlə, "Şabran-D" MMC-nin rəhbəri Cəlal Bədəlov tenderlərdə iştirakla bağlı qaydaları pozduğunu etiraf etmişdi.
Xatırladaq ki, "Dövlət satınalmaları haqqında” Qanunun ixtisas tələblərinə dair 6-cı maddəsinə əsasən, tender qaydalarını pozan şəxslər 5 il müddətində satınalmalardan kənarlaşdırıla bilər.
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək












