“Sağlam doğuşlar üçün həkimlərə bonuslar veriləcək” - YENİLƏNİB

“Məqsədimiz xidmətlər zərfində olan 35 ilkin tibbi xidməti yaxın 5 ildə 150-yə çatdırmaqdır”.
Avtosfer.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri İsa Əliyev Milli Məclisdə “İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları” mövzusuna həsr olunan dinləmədə bildirib.
“Bərdədə tətbiq olunan pilot layihədə bu xidmətlərin sayı 83-ə çatdırılacaq. Bu il Bərdədə pilot qaydada ana-uşaq sağlamlığı ilə bağlı bonusların verilməsinə başlanılması nəzərdə tutulub. Bunun üçün həkimlərə motivasiya verilməsi düşünülür. Hamilə qadınların qeydiyyatı, sağlam doğuşunun həyata keçirilməsi üçün həkimlərə bonuslar veriləcək”.
***
İsa Əliyev əlavə edib ki, regionlarda ana ölümü göstəriciləri, regionlar arasında tibbi xidmətin keyfiyyətində olan ciddi fərqlər və bəzi xəstəliklər üzrə artım tempi ilə bağlı görüləcək işlər var: “Qan dövranı, endokrin və tənəffüs orqanları sisteminin xəstəlikləri artır və bu, xəstələnmə hallarının 30%-ni əhatə edir. Çünki elə xəstəliklərdir ki, ilkin səhiyyə xidmətində koordinasiyalı şəkildə idarə oluna və ya erkən aşkarlanma vasitəsilə azaldıla bilər”.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












