"Sağlam gələcək naminə narkomaniyaya yox deyək!" mövzusunda görüş keçirilib - FOTO

Biləsuvar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Mübariz İbrahimov adına Təhsil Kompleksində "Sağlam gələcək naminə narkomaniyaya yox deyək!" mövzuzunda maarifləndirici görüş keçirilib.
Çıxış edən Biləsuvar RPŞ-nin rəisi, polis polkovniki Nəsib Məmmədov gənc nəslin sağlam həyat tərzinin təmin olunmasının zəruriliyindən danışaraq bu sahənin daima dövlətin diqqət mərkəzində olduğunu qeyd edib. Bildirib ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı vaxtilə Ümummilli lider Heydər Əliyev tərəfindən başlanan, hazırda davam etdirilən mübarizə dövlətimizin maraqlarının qorunmasının prioritet istiqamətlərindəndir. Narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı qətiyyətli mübarizə tədbirləri həyata keçirən hüquq-mühafizə orqanları ilə yanaşı cəmiyyətin hər bir fərdi bu mövzuda həssas olmalı, vətəndaşlıq mövqeyi sərgiləməlidir.
Sonra digər natiqlərin çıxışları dinlənilib, narkomaniyanın ailədə, cəmiyyətdə səbəb olduğu acı və sağalmaz yaraları, fəsadları özündə əks etdirən videoçarx izlənilib.
Tədbir çərçivəsində şagirdləri maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında diskussiya aparılıb.
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO














