Sahibə Qafarova: Beynəlxalq ictimaiyyət Azərbaycan xalqına qarşı törədilən terrora biganə qalmayacaq

Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının Sədri Vyaçeslav Volodinə məktub ünvanlayıb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Avtosfer.az-a verilən məlumata görə, məktubda başçılıq etdiyi nümayəndə heyətinin keçən ay Rusiya Federasiyasında rəsmi səfərdə olmasını və rus həmkarları ilə keçirdikləri görüşləri xoş təəssüratlarla xatırlayan Sahibə Qafarova əmin olduğunu söyləyib ki, həmin səfər qarşılıqlı əlaqələrimizin bundan sonra da inkişafına mühüm töhfələr verəcək.
Məktubda daha sonra diqqətə çatdırılır ki, bu il oktyabrın 16-da Dövlət Dumasının deputatı, Vətəndaş cəmiyyətinin inkişafı, ictimai və dini birliklər məsələləri Komitəsinin üzvü, “Vahid Rusiya” fraksiyasının üzvü Vitali Milonov Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qeyri-qanuni səfər edib və orada qondarma, separatçı qurumun başçısı ilə görüşərək bir sıra təxribatçı fikirlər səsləndirib.
Qeyd olunur ki, Dövlət Dumasının deputatı tərəfindən separatçı rejimin nümayişkaranə şəkildə dəstəklənməsi bizdə dərin təəssüf və qınaq doğurur.
Bildirilir ki, Rusiyanın ali qanunvericilik və nümayəndəlik orqanının deputatının bu cür davranışı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasındakı strateji tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun gəlmir, Azərbaycanın Milli Məclisi ilə Rusiya Federal Məclisinin Dövlət Duması arasında mövcud olan yüksək səviyyəli parlamentlərarası əlaqələrlə ziddiyyət təşkil edir.
Nəzərə çatdırılır ki, Azərbaycan Respublikasının rəsmi orqanlarının müvafiq icazəsi olmadan hər hansı şəxsin Dağlıq Qarabağa səfəri ölkə qanunvericiliyinin ciddi şəkildə pozulmasıdır. Azərbaycan Respublikasının beynəlxalq hüquq çərçivəsində öz ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda mübarizə apardığı şəraitdə, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Rusiya Federasiyasının vasitəçiliyini nəzərə aldıqda V.Milonovun qanundankənar əməlləri qətiyyən qəbuledilməzdir.
Azərbaycan parlamentinin Spikeri bundan sonra bu kimi qanunsuz səfərlərin qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsinin zəruriliyini diqqətə çatdırıb.
Məktubda həmçinin təəssüf hissi ilə qeyd edilir ki, Ermənistan silahlı qüvvələri bu yaxınlarda Rusiyanın vasitəçiliyi ilə Moskvada əldə olunmuş atəşkəs rejiminin arxasında gizlənərək işğalçı siyasətini və hərbi cinayətlərini davam etdirir. Milli Məclisin Sədri oktyabrın 17-nə keçən gecə Azərbaycanın Gəncə şəhərinə Ermənistan silahlı qüvvələri tərəfindən humanitar atəşkəsdən sonra ikinci dəfə mənfur raket hücumunun həyata keçirildiyini bildirib. Raket atəşinin mülki əhali arasında ağır itkilərə səbəb olduğunu söyləyən Sahibə Qafarova Ermənistan tərəfindən törədilən bu vandalizm aktının beynəlxalq humanitar hüququn və Cenevrə konvensiyalarının kobud şəkildə pozulması, müharibə cinayəti və insanlıq əleyhinə cinayət olduğunu qeyd edib.
Məktubun sonunda Sahibə Qafarova beynəlxalq ictimaiyyətin Azərbaycan xalqına qarşı törədilən terrora biganə qalmayacağına və təcavüzkar ölkənin əməllərinə düzgün qiymət verəcəyinə ümidvar olduğunu ifadə edib.
Gültən
Hansı din xadimlərinin dövlət qulluğunda çalışmasına məhdudiyyət qoyulur? – DEPUTAT
Polad Həşimovun anasının son durumu AÇIQLANDI
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?












