Banner

Sakinlər "Şərur" MTK-dan narazıdır (MÜRACİƏT) - FOTO

Xəbərlər 11 Dekabr 2019 15:20 Oxunub 9063
Sakinlər "Şərur" MTK-dan narazıdır  (MÜRACİƏT)   - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əksər sakinlərin əlində 5-10 il əvvəl təqdim edilmiş maliyyə arayışları olsa da protokoldan çıxarışın alınması problemə çevrilib

Hörmətli dostlar, dəyərli media rəhbərləri!
Bu müraciəti son günlər Xətai rayonu Nəsrəddin Tusi küçəsi 22A (əvvəlki ünvan Gəncə prospekti 29/80-81) ünvanda "Şərur" MTK-ya daxil olan "Universal Servis" MMC tərəfindən 2005-2006-cı illərdə inşa olunmuş və 10 ildən artıqdır sakinlərin faktiki istifadəsində olan, hər biri 128 mənzildən ibarət olan, 2 ədəd 1 bloklu çoxmənzilli binanın bir qrup sakini adından edirik.
Artıq bir neçə gündür ki, televiziya, mətbuat və sosial şəbəkələrdə problemin əsl mahiyyəti barədə məlumatlar işıqlandırılıb və bir daha qarşılaşdığımız problemi diqqətinizə çatdıraraq problemin ictimailəşdirilməsində yardımçı olmağınızı xahiş edirik.
Nəzərinizə çatdırım ki, yaşadığımız binalar 10 ildən artıqdır inşa olunub sakinlərə satılmasına, MTK-ya etdiyimiz çoxsaylı müraciətlərə baxmayaraq binaların istismara qəbulu və qeydiyyata alınması üçün MTK heç bir addım atmamışdır. Nəhayət 19 fevral 2019-cu il tarixdə Prezident İlham Əliyevin imzaladığı "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" Fərmanı ilə ötən ay bizim yaşadığımız binalar da istismara qəbul olundu. Amma təəssüflər olsun ki, "Şərur" MTK rəhbərliyinin qanunsuz tələbləri 200-dən artıq ailənin konstitusion hüquqlarının təmin olunmasına əngəl yaradır, Cənab prezidentin bu humanist qərarının icrasına kölgə salır.  
Məlumat üçün bildirim ki, qanunvericiliyin tələblərinə uyğun olaraq istismara verilmiş yeni çoxmənzilli binalarda ilkin qeydiyyat üçün tələb olunan sənədlər MTK-ya borcun olmamasına dair maliyyə arayışı və MTK-nın protokolundan çıxarışdır. 
Əksər sakinlərin əlində 5-10 il əvvəl təqdim edilmiş maliyyə arayışları olsa da protokoldan çıxarışın alınması problemə çevrilib. MTK rəhbərliyi faktiki olaraq sakinlərə protokoldan çıxarışı verməkdən boyun qaçırır və iddiasını bununla əsaslandırır ki, hər mənzildə təqribən 3-10 kv.m. artıq sahə var və sakinlər həmin sahələrin pulunu (1800-6000 manat) bu günkü bazar qiymətləri ilə ödəməlidirlər. MTK-nın bu iddiası iftiradır, sakinlərdən əlavə pul almaq üçün ortaya atılmış uydurma, cəfəng bir kampaniyadır. Çünki, MTK-nın 2007-ci ildə bizə təqdim etdiyi binanın planında mənzil sahələri aydın görünür və sahələr 2016-cı ilə qədər müqavilələrlə eynidir, 1 kvadrat belə fərq yoxdur. Bundan başqa, şirkət bu iddianı ortaya atan günün səhərisi biz mütəxəssis dəvət edib bir neçə mənzilin eskiz layihəsini çəkdirdik və bu layihələrdə balkonlar daxil olmaqla sahələr nəinki artıq hətda əksik gəlir. Əskik sahələr 2-3, 5, bəzi mənzillərdə hətda 10 kvadrat metrdən artıqdır. "Şəhərsalma və Tikinti Məcəlləsi"nin tələblərinə görə MTK balkon və terasları satarkən müəyyən olunmuş kafsentləri nəzərə almalı, bu sahələr vətəndaşlara mənzil qiymətinin 30-50 faizindən artıq qiymətə satıla bilməz. Buna baxmayaraq biz, balkonların mənzil qiymətinə satılmasını qəbul edirik, hətda bu halda belə sahələr müqavilədə göstərilən ölçülərdən az çıxır.
MTK-nın sakinlərə təqdim etdiyi protokollardan çıxarışlarda külli miqdarda vergidən yayınma halları mövcuddur. Belə ki, MTK-nın son günlərdə sakinlərə təqdim etdiyi maliyyə arayışlarında 100 kvadrat metrdən artıq sahəsi olan mənzillərin dəyəri 10 min manata yaxın rəsmiləşdirilib-hər kv.m. üçün təqribən 100 manat. Burada MTK-nın vergidən yayınması ilə yanaşı gələcəkdə ona qarşı ola biləcək iddialardan sığortalanma məqsədi də var. Çünki, bir sıra sakinlər çıxarışları aldıqdan sonra artıq sahəyə görə alınan vəsaitlərin geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldıracaqlarını gizlətmirlər. 
Hörmətli KİV rəhbərləri, 
Yuxarıda qeyd olunan problemlər və nəhayət konstitusion haqqımızın təmin olunması məqsədilə Ölkə rəhbərliyinə və bir sıra dövlət qurumlarına ərizə ilə müraciət etmişik. Bu problemlərin, "Şərur" MTK və onun rəhbəri, illərdir ki, adı çeşidli mənzil qalmaqallarında hallanan İsfəndiyar Axundovun qanunsuz əməllərinin ölkə rəhbərliyinin diqqətinə çatması üçün bu müraciətimizi işıqlandırmağı xahiş edirik.
Yuxarıda sadaladığımız faktları əsaslandırmaq üçün bir sıra sənədləri əlavə edirik.
Hörmətlə N.Tusi 22A ünvanda yaşayan bir qrup sakin adından 
Ramil Osmanlı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh