Sakinləri boğaza yığan problemlər: "Heç kim həyətində oturub çörək yeyə bilmir" - VİDEO

Sumqayıt şəhərinin Corat bağları adlanan ərazisində kanalizasiya sistemindəki nasazlıqlar, yararsız yollar və su təchizatındakı problemlər sakinlərin gündəlik həyatını dözülməz edib.
Ərazidəki kanalizasiya xətlərində yaranmış nasazlıq nəticəsində çirkab küçəyə axır, bu səbəbdən ətrafa üfunət yayılır. Sakinlər bildirirlər ki, dəfələrlə müvafiq qurumlara müraciət etsələr də, problem yalnız müvəqqəti olaraq aradan qaldırılır, lakin qısa müddət sonra vəziyyət əvvəlki halına qayıdır.
"Heç kim həyətində oturub çörək yeyə bilmir. Buraya qonaq da gəlmir, deyirlər, necə gələk, siz nə haldasınız?!" - sakinlərdən biri söyləyib.
Həmçinin sakinlərin sözlərinə görə, saat 21:00-dan sonra əraziyə marşrut avtobusları daxil olmur.
Ərazidəki problemlərlə bağlı Sumqayıt bələdiyyəsinin mətbuat katibi Səbuhi Elnur bildirib ki, hazırda ərazidə asfaltlama işləri aparılmasa da, gələcək sosial planlamaya uyğun olaraq, bu məsələ diqqətdə saxlanılır.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov isə qeyd edilib ki, Corat bağlarını 76-cı məhəllə ilə birləşdirən 33 nömrəli marşrut xətti üzrə 10 avtobus 8 dəqiqə intervalla fəaliyyət göstərir. Marşrutun pasportuna əsasən, avtobus saat 06:00-dan saat 22:00-dək fəaliyyət göstərir. Belə ki, sonuncu avtobus "Corat Bağları" dayanacağından saat 21:20-də yola düşür.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə bildirilib ki, qeyd olunan ünvanda tullantı su xəttində tutulma baş verib. Müvafiq rayon sukanal idarəsinin qəza briqadası əraziyə cəlb edilərək şəbəkənin fəaliyyəti bərpa edilib. Amma şikayətçilər problemin hələ də qaldığını, çirkabın ətrafa yayılmağa davam etdiyini deyirlər.
Ətraflı Baku TV-nin süjetində:
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












