Sakinlərin şikayətçi olduğu yerdə yeni çökəkliklər yaranıb - FOTO

Bir neçə ay əvvəl də Suraxanı rayonunun Yeni Günəşli sakinlərinin şikayətçi olduğu ərazidə yeni çökmələr əmələ gəlməyə başlayıb. Belə ki, qəsəbənin V massiv Bina 13M ünvanında yaşayanlar hələ dekabrda saytımıza müraciət edərək həyətdə sürüşmə qeydə alındığını demişdilər.
Həmin ünvanda yaşayan sakinlər yenidən “Qafqazinfo”ya üz tutaraq bildiriblər ki, yanvar ayında yağan qar və yağış ətrafda çoxlu sayda böyük çökəklik yaradıb. Məsələ ilə bağlı hələ də bir tədbir görülmədiyini qeyd edən vətəndaşlar vəziyyətdən narahatdırlar.
Şikayətlə əlaqədar sorğu ünvanladığımız Fövqəladə Hallar Nazirliyindən bildirildi ki, geoloji tədqiqat işləri yekunlaşdıqdan sonra nəticələr baxılmaq üçün aidiyyəti qurumlara göndəriləcək.
.jpg)
Problemlə bağlı Geoloji Kəşfiyyat Agentliyinə də müraciət etdik. Qurumun İdarə Heyətinin sədri Əli Əliyev sorğumuzu belə cavablandırdı: “Son günlər Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsi 13 M ünvanında yerləşən çoxmərtəbəli binanın yerləşdiyi ərazidə müşahidə olunan mühəndis-geoloji vəziyyətlə əlaqədar vətəndaş müraciətlərinə (4 fərdi müraciət) əsasən, Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazilərə baxış keçirilib, yaranmış vəziyyət qiymətləndirilib”.
O qeyd edib ki, hazırda binanın yerləşdiyi ərazidə yer səthində müxtəlif istiqamətli dislokasiya elementləri müşahidə olunmaqdadır: “Geoloji kəsilişin üst hissəsində çökmə prosesləri və çat zonaları qeydə alınır. Relyefdə yaranan dəyişmələr süni şəkildə doldurulsa da, proseslərin dinamikasında artım müşahidə olunur. Ərazidə instrumental tədqiqatların və müvafiq bərkitmə işlərinin aparılması zəruridir”.






Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












