Salyan sakininin bank hesabından pul oğurlanıb
Xəbərlər
1 Noyabr 2021 14:03
Oxunub 662

Salyan rayon sakininin bank hesabından pul oğurlanıb.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Salyan Rayon Polis Şöbəsinə müraciət edən Kolanı kənd sakini Ə.Cəbiyev oktyabrın 25-də bank hesabından 1000 manat pulunun oğurlanmasını bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Ş.Əliyev müəyyən edilərək saxlanılıb.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













