Salyanda narkotik dövriyyəsi ilə məşğul olan iki nəfər saxlanılıb - FOTO

Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan iki nəfər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdiyi tədbirlərlə rayonun Sarvan kənd sakini Fərhad Səmədov saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilib.
Dindirilmə zamanı F.Səmədov narkotikləri tanışı Müşfiq adlı şəxsdən aldığını bildirib.
Əməliyyat tədbirlərinin davamı olaraq Salyan rayon sakini, əvvəllər narkotiklərə görə məhkum olunmuş Müşfiq Quliyev də saxlanılaraq istintaqa təqdim edilib. Saxlanılan zaman isə onun üzərindən müxtəlif çəkidə heroin və metamfetamin aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Salyan Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.


Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO












