Şamaxının başıbəlalı yolları: “Taksi həmin yola girmək üçün 10 manat pul istəyir” - FOTO - VİDEO

Şamaxıda mərkəzi küçələr bərbad vəziyyətdədir. Bu barədə sakinlər tərəfindən oxu.az-ın redaksiyasına göndərilən məlumatda qeyd olunub. Bildirilib ki, söhbət Şamaxı rayonunun mərkəzi küçələrindən biri olan Sarıtorpaq ərazisindən gedir. Sakinlər deyir ki, məsələ ilə bağlı dəfələrlə icra hakimiyyətinə, aidiyyəti qurumlara müraciət etsək də, maraqlanan olmayıb: “İcra başçısı əraziyə gəlib, vəziyyətlə tanış olub. Amma heç bir tədbir görülməyib. Hər dəfə yağış yağanda yollar daha da pis vəziyyətə düşür. Zülm çəkirik. Heç taksi belə bu yollara gəlmək istəmir. Gələndə də ən azı 10 manat pul tələb edir. Yolda piyada gəzməkdə belə çətinlik çəkirik. Küçəyə baxan yoxdur. Aidiyyəti qurumlar gəlib baxır, yaxın zamanda düzələcək deyirlər, ancaq heç bir nəticə yoxdur. Başqa küçələrdə asfalt örtüyü var. Amma bura, mərkəzi küçələrdən biri olmasına baxmayaraq, nədənsə laqeyd yanaşılır. Xahiş edirik məsələyə aidiyyəti üzrə baxılmasına köməklik göstərəsiniz”.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












