Samuxda narkokuryer SAXLANILDI

Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə Yevlax şəhər sakini Ceyhun Qasımov narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdiyi üçün saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a bildirilib ki, tədbirlər nəticəsində ondan 7 kiloqram tiryək, heroin, marixuana və metamfetamin aşkar edilib.
Araşdırmalar zamanı Ceyhun Qasımovun Samux rayonuna gələrək burada gizlədilən narkotik vasitələri pul qarşılığında Bakı şəhərinə aparmağa razılaşdığı məlum olub. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Qeyd edək ki, Samux RPŞ əməkdaşları cari ilin müvafiq dövründə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 27 fakt aşkar ediblər. Qanunsuz dövriyyədən 19 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












