Samuxda sakinlər yeni evlərinə köçə bilmir - VİDEO

Samuxda qazilər, veteranlar və şəhid ailələri üçün tikilmiş yeni yaşayış kompleksindəki evlərin hamısı yeni sahiblərinə paylanıb, amma insanlar köçməyə tələsmir. Səbəb məktəb, bağça və və tibb məntəqəsinin fəaliyyətə başlamamasıdır. Yeni şəhərcikdə bu qurumlar üçün inzibati binalar inşa olunsa da, onların da fəaliyyətə başlaması məsələsi həllini tapmır.
Rəsmi açılış mərasimi keçirildi, dövlət tərəfindən inşa olunmuş evlərdəki mənzillər imtiyaz qrupundan olan sahiblərinə paylandı. Ancaq yeni yaşayış komleksindəki evlərin az bir hissəsində yaşayış var. Söhbət Samux rayonunun Seyidlər kəndi yaxınlığında yeni salınmış yaşayış kompleksindən gedir.
Sakinlər deyir ki, ev alanların əksəriyyəti köçməyə tələsmir, köçənlərin bir hissəsi isə sonradan geri qayıtmaq məcburiyyətində qalır.
Samux Rayın İcra Hakimiyyətinə müraciət edən sakinlərə deyilib ki, sözgedən müəssisələr balansa verilmədiyindən qurum tərəfindən hansısa tədbirin görülməsi mümkün deyil.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Samux rayonu üzrə Təhsil sektorundan isə məktəb və bağçanın fəaliyyətə başlaması istiqamətində iş aparıldığı bildirilib.
Qeyd edilib ki, məktəbin fəaliyyət göstərməsi üçün yetərli şagird sayı olmasa qonşuluqdakı Seyidlər kənd tam orta məktəbinə şagirdlərin gedib gəlməsi üçün nəqliyyat vasitəsi ayrılacaq.
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO












