Saxta hərbi bilet adı ilə rüşvət alan şəxs SAXLANILDI
Əsgərov Xəlil Ənvər oğlunun qanunsuz hərəkətləri barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən daxil olmuş məlumat əsasında həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
Avtosfer.az xəbər verir ki, aparılmış istintaq-əməliyyat tədbirləri ilə Xəlil Əsgərovun SHXÇDX-nin Şəmkir rayon şöbəsində işləyən vəzifəli şəxslərin qərarına qanunsuz təsir etmək imkanına malik olduğunu bildirməklə hərbi xidmət üzrə çağırışçının xidmətə yararsız olması barədə hərbi biletlə təmin edilməsi, eləcə də həmin şəxsin ölkə hüdudlarını tərk etməsinin məhdudlaşdırılmaması müqabilində tələb etdiyi pul vəsaitinin 5 min 700 manatını qanunsuz olaraq almasına əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış ilkin sübutlar əsasında Xəlil Əsgərov Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddəsi ilə şübhəli şəxs qismində tutulub.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












