Saxta içkilər istehsal edən müəssisə aşkarlandı - FOTOLAR

Ağstafa şəhəri, Ü.Hacıbəyli küçəsi, 25 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Kərimov Rəhim Həsənəli oğluna məxsus alkoqolsuz içkilərin istehsalı müəssisəsində AQTA əməkdaşları tərəfindən plandankənar yoxlama aparılıb.
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən Avtosfer.az-a verilən məlumata görə, yoxlama zamanı müəssisədə etiket məlumatlarında uyğunsuzluq olan və saxtalaşdırılmış içkilər müəyyən edilib.
Yoxlama zamanı müəssisədə 109 ədəd saxtalaşdırılmış "Banketnaya" əmtəə nişanlı araq, 606 ədəd etiket məlumatlarında uyğunsuzluq olan və saxtalaşdırılmış limonad, 621 ədəd etiket məlumatlarında uyğunsuzluq olan “Pinnochio” əmtəə nişanlı limonad məhsulu aşkarlanıb.
Məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb və sahibkar inzibati məsuliyyətə cəlb edilib. Araşdırmalar davam etdirilir.


Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO












