Səbail rayonunda bu yolda vətəndaşların həyatı üçün təhlükə var - VİDEO

Hər gün yüzlərlə insanın keçdiyi küçədə səki yararsız vəziyyətdədir. Söhbət Səbail rayonu, Qurban Abbasov küçəsindən gedir. Təxminən 1 metr eni olan səkiyə həm də işıq dirəkləri quraşdırılıb.
Səki yararsız və ensiz olduğundan vətəndaşlar avtomobil yoluna çıxmağa məcbur olduqlarını deyirlər.
Ərazidə yaşayan sakinlər bu vəziyyətin uzun müddətdir ki, davam etdiyini bildirirlər. Dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, nəticə dəyişməyib.
Vətəndaşlar deyirlər ki, burada dəfələrlə qəza şəraiti yaranıb.
Problemlə bağlı Səbail Rayon İcra Hakimiyyətindən bildirildi ki, səki işıq dirəkləri quraşdırılarkən yararsız vəziyyətə düşüb və hələ də bərpa edilməyib. Ancaq bu işin hansı qurum tərəfindən icra edildiyi haqqında məlumatları yoxdur.
"Azərişıq" Açıq Səhmdar Cəmiyyətindən isə bildirildi ki, küçələrdə işıq dirəklərinin quraşdırılması onların səlahiyyətləri çərçivəsində deyil.
Bakı Şəhər İşıq İdarəsindən isə deyildi ki, dirəkləri quraşdıran zaman səkiyə zərər verəcək heç bir qazıntı işləri aparılmayıb.
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO












