Səbail rayonunda heykəltəraşlıq abidələrində təmizlik işləri aparılır - FOTO

Ölkə rəhbərliyinin tapşırıq və tövsiyələrinə uyğun olaraq Səbail rayonunda aparılan quruculuq işləri çərçivəsində irimiqyaslı infrastruktur layihələri icra olunur, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılır, əhalinin kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi, qaz və su təchizatı ilə bağlı mühüm tədbirlər həyata keçirilir. Eyni zamanda rayon ərazisində insanların arzu və istəkləri nəzərə alınaraq müasir tələblərə cavab verən yeni parklar, yaşıllıq zolaqları salınır, mövcud parklar, küçə və prospektlər abadlaşdırılır.
Səbail rayonu ərazisində aparılan quruculuq və abadlıq işləri çərçivəsində rayon icra hakimiyyətinin (RİH) təşkilatçılığı ilə rayonunun mərkəzi hissəsində 19 və 20-ci əsrlərdə yaşayıb yaratmış şairlərin, yazıçıların, tarixi şəxsiyyətlərin və alimlərin xatirəsinə quraşdırılmış abidələr, heykəllər, büstlər, qorelyef və barelyeflər ətrafında təmizlik işləri mütəmadi olaraq aparılır.
Növbəti belə iməcilik aksiyası bu günlərdə Səbail Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin, RİH başçısının inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin, bələdiyyələrin əməkdaşları və könüllülər tərəfindən rayon ərazisində yerləşən bütün heykəltəraşlıq abidələrində neytral yuyucu vasitələrdən istifadə olunmaqla təmizlik işləri həyata keçirilib.
Bununla yanaşı qeyd etmək istəyirik ki, rayonunun mərkəzi hissəsində yerləşən tarixi binalar və memarlıq abidələri üzərində həyata keçirilən qanunsuzluqlara qarşı mübarizə tədbirləri Səbail Rayon İcra Hakimiyyəti tərəfindən davam edir. Tarixi binalar və memarlıq abidələri üzərində xüsusi icazə sənədi olmayan və heç bir qaydaya riayət etməyən işıqlı reklamların qoyulmasının, konstruksiyaların kobud şəkildə pozulmasının, divarların deşilməsinin, daşların korlanmasının qarşısı qətiyyətlə alınır.
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO












