Şəhərə dron hücumu oldu: 12 ölü

Rusiya Silahlı Qüvvələrinin martın 2-də erkən saatlarda Ukraynanın Odessa şəhərinə həyata keçirdiyi dron hücumu nəticəsində ölənlərin sayı 12-yə yüksəlib.
Bu barədə Odessa vilayət hərbi administrasiyasının sədri Oleh Kiper teleqramda bildirib.
Onun sözlərinə görə, “Şahid” dronunun zərbəsinə tuş gəlmiş çoxmərtəbəli binanın dağıntıları altından 10 yaşlı oğlan və onun 8 yaşlı bacısının meyitləri çıxarılıb.
Daha öncə xilasedicilər uşaqların valideynlərinin, habelə 7 aylıq bacılarının meyitini tapmışdılar.
Xatırladaq ki, Rusiya Silahlı Qüvvələri xüsusən gecə və sutkanın erkən saatlarında Ukraynanın yaşayış məntəqələrini, o cümlədən kritik mülki infrastrukturunu mütəmadi atəşə tutur. Sözügedən hücumlar əsasən İran istehsalı “Şahid” dronları ilə həyata keçirilir. (“Report”)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












