Şəhid Dmitri Solntsev dəfn edildi - FOTO

Azərbaycanın bütövlüyü uğrunda döyüşlərdə qəhrəmancasına həlak olan şəhid Dmitri Aleksandroviç Solntsevlə vida mərasimi keçirilib. Milliyyətcə rus olan 25 yaşlı şəhidimizin nəşi doğulduğu Nəsimi rayonunda yerləşən mənzilinə bu gün sonuncu dəfə gətirilib. Valideynlərini erkən itirən və yeganə bacısı Yuliya ilə birgə böyüyən Dmitrini bütün rayon ictimaiyyəti təntənəli şəkildə qarşılayıb və yola salıb. “Fəxr edirəm ki, belə dayım var. O şəhid olmağı ilə mənə və onun kimi igid oğullara bir nümunədir. O, bizim baş ucalığımızdır. Sevinirəm ki, qanı yerdə qalmadı. Uğrunda döyüşdə şəhid olduğu Qubadlı rayonu dünən müzəffər ordumuz tərəfindən azad olundu. Vətən sağ olsun!”, - şəhidin bacısı oğlu Anar Süleymanov dəfn mərasimində bildirib.
Mərasimdə iştirak edən yaxınları, müəllimləri onunla bağlı xatirələrini dilə gətiriblər. Ali məktəbi qırmızı diplomla bitirən və TƏBİB-də koronaviruslu xəstələrin müalicəsində könüllü kimi işə başlayan Dmitri Vətənin dar günündə də özünü cəbhəyə çatdırıb.
Şəhidimizin üçrəngli bayrağımıza bükülmüş tabutu hərbçilərin çiynində dini ayinlərin icrası üçün Rus Provaslav Kilsəsinə gətirilib. “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları ilə İkinci Fəxri Xiyabanda dəfn edilib.
11:25
Avtosfer.az-ın məlumatına görə "Report"un əməkdaşının verdiyi məlumata görə, şəhidin bacısı oğlu Anar Süleymanov bildirib ki, dayısı sentyabrda könüllü şəkildə döyüşlərə gedib: “Təhsilini Azərbaycan Dövlət Neft və Sənaye Universitetində alıb. Magistraturanı qırmızı diplomla bitirib. Vətənpərvər insan idi. Hətta koronavirusla mübarizə dövründə TƏBİB-də könüllü kimi çalışırdı".
Şəhidin bacısı Yuliya Sonçeva isə bildirib ki, cəbhəyə getmək onun arzusu idi: “Biz onunla fəxr edirik. Bizim baş ucalığımızdır. Hər zaman çox məsuliyyətli, gözəl insan idi".
Vida mərasimində Azərbaycan Dövlət Neft Sənaye Universitetinin Cihazqayırma Kafedrasının müdiri Lalə Bəkirova da çıxış edib: "Allah bütün şəhidlərimizə rəhmət eləsin... Hər müəllim elə hesab edir ki, öz oğlu rəhmətə gedib. Bütün şəhidlərimiz bu torpağın azadlığı uğrunda canlarını fəda ediblər. Bizim borcumuzdur ki, onların adını yad edək. Ağır dərddir, lakin hər dəfə Prezident İlham Əliyevin xalqla bəyan etdiyi qələbə xəbərləri ürəyimizə su səpir. Şəhidlərimizin qanının yerdə qalmamağı bizim ürəyimizi ovudur".
11:02
Azərbaycan Ordusunun şəhid olan hərbçisi ilə vida mərasimi keçirilir. Avtosfer.az xəbər verir ki, işğal olunmuş torpaqlamızın azadlığı uğrunda döyüşlərdə şəhid olmuş hərbi qulluqçumuz Dmitri Solnsevlə vida mərasimi yaşadığı binanın önündə keçirilir.
Vida mərasimində dövlət qurumlarının rəsmiləri, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri və sıravi insanlar iştirak edir.

















Sürücülərin nəzərinə! - Görünüş məsafəsi məhdudlaşacaq
Televiziya əməkdaşı adı ilə pul tələb edən şəxs saxlanıldı - FOTO
Allahşükür Paşazadənin oğlu yüksək vəzifəsindən AZAD EDİLDİ
"AzParking”dən qeyri-qanuni parklanma halları ilə bağlı sürücülərə xəbərdarlıq
Polis Bakıda əməliyyat keçirdi - İşin içində İran vətəndaşı da var - VİDEO
Naxçıvan sakinlərinə ŞAD XƏBƏR - Sərəncam imzalandı
Elşad Abdullayevin onmilyonlarla manatlıq əmlakları MÜSADİRƏ EDİLDİ - SİYAHI
Sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər sərtləşdirilir
Bu halda avtomobil cərimə meydançasından dərhal çıxarılacaq - FOTO
Bu şəxslərə “Tərəqqi” medalı verilib - SİYAHI
Fuad Nəcəfli istintaqa cəlb edildi













