Şəhid övladları Pilotların Hazırlığı Mərkəzini ziyarət ediblər - FOTO - VİDEO

Milli Aviasiya Akademiyasının nəzdində fəaliyyət göstərən Pilotların Hazırlığı Mərkəzində 44 günlük Vətən müharibəsi şəhidlərinin övladları və ailə üzvləri üçün ekskursiya keçirilib. 20 şəhid övladının iştirak etdiyi ekskursiya çərçivəsində qonaqlar AZAL pilotlarının uçuşlara hazırlıq prosesi ilə əyani tanış olublar.
"Azərbaycan Hava Yolları" QSC-dən Avtosfer.az-a verilən məlumata görə, tədbir Azərbaycanın milli aviadaşıyıcısı AZAL və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin birgə təşkilatçılığı ilə baş tutub. Görüş şəhid övladları və ailə üzvlərinin asudə vaxtının səmərəli təşkili və cəmiyyətə inteqrasiyası məqsədini daşıyırdı.
Ekskursiya zamanı İkinci Qarabağ müharibəsində şəhid olmuş qəhrəmanlarımızın övladlarına və ailə üzvlərinə Pilotların Hazırlıq Mərkəzinin imkanları barədə ətraflı məlumat verilib. İştirakçılar uçuş simulyatorları ilə yaxından tanış olublar, AZAL pilotlarının trenajorlarda hazırlıq keçmə prosesini izləyiblər və təyyarədə uçuşların necə reallaşdığını sınaqdan keçiriblər.
Pilotların Hazırlığı Mərkəzi 2010-cu ildən fəaliyyət göstərir. Mərkəz Nəzəri və Praktiki Hazırlıq şöbələrindən ibarətdir. Burada “Airbus A319/320”, “Boeing 757/767”, ATR-42/72, “Embraer 190”, “Cessna 172S” kimi təyyarələr, həmçinin Mi-8AMT helikopterləri üçün uçuş simulyatorları mövcuddur.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
















