Şəhidimizin adına ağac əkildi - FOTO

Şəhid Haşımov Tərzanın adına ağac əkilib.
Avtosfer.az xəbər verir ki, Vətən müharibəsi şəhidi, gizir Haşımov Tərzan Qəhrəman oğlunun adına əkilən ağacın üzərinə isimlik vurulub.
Şəhidlərin adını əbədiləşdirmək üçün təşkil olunan ağacəkmə aksiyasında qəhrəman gizirin azyaşlı qızı da iştirak edib.
Qeyd edək ki, Tərzan Haşımov 13 aprel 1989-cu ildə Lerik rayonunun Bibihoni kəndində anadan olub. O, 2010-cu il mart ayının 6-da Müdafiə Nazirliyinin əmri ilə gizir hərbi rütbəsi alıb və Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissədə motoatıcı tağım komandirinin müavini vəzifəsində xidmət etməyə başlayıb.
Qəhrəman şəhidimiz Aprel döyüşlərində də iştirak edib.
Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin giziri olan Tərzan Haşımov 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsi zamanı Cəbrayıl və Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlər zamanı şəhid olub.
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO












