Şəhidin bacısı: “O deyirdi ki, rus olsam da, Azərbaycanda yaşayıram, öz borcumu yerinə yetirməliyəm” - VİDEO

İşğal olunan torpaqlarmızın azadlığı uğrunda döyüşlərdə şəhid olan hərbi qulluqçu Dmitri Solntsevlə vida mərasimi keçirilib.
Avtosfer.az Baku TV-ə istinadən xəbər verir ki, şəhidin yaşadığı binanın qarşısında təşkil edilən mərasimdə dövlət qurumlarının rəsmiləri, Milli Məclisin üzvləri, ictimaiyyət nümayəndələri və sıravi vətəndaşlar iştirak ediblər.
Dmitri sentyabrda könüllü şəkildə döyüşlərə gedib. Yaxınlarının sözlərinə görə, cəbhəyə getmək onun arzusu idi.
Qeyd edək ki, Dövlət Neft və Sənaye Universitetində təhsil alan Dmitri magistraturanı qırmızı diplomla bitirib. Vətənpərvər insan olub. Hətta koronavirusla mübarizəyə dəstək məqsədilə TƏBİB-də könüllü kimi çalışıb.
Şəhidin bacısı Yuliya Solntseva onunla bağlı xatirələrini bölüşüb:
“Dmitri deyirdi ki, rus olsam da, Azərbaycanda yaşayıram, bura mənim torpağımdır, öz borcumu yerinə yetirməliyəm”.
Hərbçinin cənazəsi Rus-Pravoslav kilsəsinə aparılıb. Kilsədə dini ayin keçirilib, dualar oxunub.
O, İkinci Fəxri xiyabanda dəfn edilib.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












