Səhiyyə naziri tədbirə maska ilə qatıldı - FOTO

Səhiyyə Naziri Teymur Musayevin Pakistanın ölkəmizdəki səfiri Bilal Hayee ilə görüşü diqqət çəkib.
Avtosfer.az xəbər verir ki, tədbir zamanı nazir və digər iştirakçıların tibbi maskadan istifadə etməsi maraq doğurub. Görüşdə iştirak edən beş nəfərin hamısı maska taxıb.
Qeyd edək ki, son günlər Azərbaycanda və dünyada koronavirusa yoluxma sayında artım müşahidə olunur. Ötən sutka ölkədə yeni yoluxma sayı 257, ölüm sayı isə 4 nəfər olub.
Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayaraq, qapalı məkanlarda tibbi maskaların taxılmasını, sosial məsafənin gözlənilməsini, təmasların azaldılmasını, respirator gigiyena qaydalarına əməl olunmasını təkidlə tövsiyə etmişdi.
"Qafqazinfo"


Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ












