Səhiyyə Nazirliyinin üzərinə YENİ ÖHDƏLİK qoyulub

Nazirlər Kabineti “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 3 iyun 2015-ci il tarixli qərarında dəyişiklik edib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, bundan sonra Səhiyyə Nazirliyi dərman vasitələrinin dövlət reyestrinin məlumatlarındakı dəyişiklikləri (dövlət qeydiyyatı müddətinin bitməsi, yenidən dövlət qeydiyyatına alınması, istehsalçının dəyişməsi, istehsal ölkəsinin dəyişməsi, yeni qablaşdırma miqdarı) ayda bir dəfə elektron formada Tarif (Qiymət) Şurasının Katibliyinə təqdim edəcək.
Bu Qərarda dəyişiklik ölkə Prezidentinin 6 oktyabr 2023-cü il tarixli fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”yə uyğun edilə bilər.
Bundan başqa, Səhiyyə Nazirliyinin dövlət qeydiyyatına alaraq Dərman vasitələrinin dövlət reyestrinə daxil etdiyi dərman vasitələrinin (yalnız ixrac üçün ölkədə istehsal edilmiş dərman vasitələri istisna olmaqla) topdan və pərakəndə satış qiymətlərinin yuxarı həddini Tarif (Qiymət) Şurası tənzimləyəcək.
Dərman vasitəsi dövlət qeydiyyatına alındıqdan sonra 1 ay müddətində ərizəçilər onun qiymətinin tənzimlənməsi üçün Şuraya müraciət edir. Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi üçün sənədlərin qəbulunu və araşdırılmasını Katiblik həyata keçirir.
Dərman vasitələri dövlət reyestrinin Şuranın informasiya sistemi ilə inteqrasiyası ölkə Prezidentinin 12 sentyabr 2018-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın 4-cü hissəsinə uyğun olaraq həyata keçirilir. Dərman vasitəsi dövlət qeydiyyatına alındıqdan sonra 1 ay müddətində ərizəçi onun qiymət tənzimlənməsi üçün müraciət etmədiyi halda, Şura istinad ölkələri, habelə açıq informasiya mənbələri olan ölkələr üzrə məlumatlar əsasında araşdırma aparmaqla, bazis qiymət müəyyən edərək qiymət tənzimlənməsi həyata keçirir.
Bəzi dərman vasitələrinin ölkədaxili topdansatış əczaçılıq müəssisələrinə şərti satış qiymətlərinin ilk dəfə müəyyənləşdirilməsi və ya həmin qiymətlərə yenidən baxılması ilə əlaqədar Şura İqtisadiyyat Nazirliyinin, Səhiyyə Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin rəylərini alır.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












