Şəki sakinlərindən odlu və soyuq silahlar aşkar edilib - FOTO

Şəki Şəhər Rayon Polis Şöbəsinə rayon sakinləri Abdullətif Bayramovun və Qorxmaz Teymurovun qanunsuz odlu və soyuq silahlar saxlamaları barədə əməliyyat məlumatı daxil olub.
Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, məlumat yoxlanılıb və təsdiqini tapıb.
Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində A.Bayramovun evinin zirzəmisinə baxış zamanı oradan “Makarov” və “Naqan” markalı iki tapança, bir ədəd lüləsi kəsilmiş tüfəng, iki ədəd ov tüfəngi, bir ədəd idman tapançası, bir ədəd pnevmatik TİR tüfəngi, 22 ədəd patron, bir ədəd patron darağı, doqquz ədəd giliz, beş ədəd bıçaq, qırma və piston aşkar edilərək götürülüb.
Q.Teymurovun yaşadığı evə baxış zamanı isə oradan 14 ədəd bıçaq və xəncər, habelə ona məxsus sexə baxış zamanı 55 ədəd bıçaq aşkar edilərək götürülüb.
Hər iki faktla bağlı Şəki ŞRPŞ-də Cinayət Məcəlləsinin 228.1-ci və 228.4-cü maddələri ilə cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək












