Şəkidə 3200 manata silah satmaq istəyən şəxs saxlanılıb - FOTO - VİDEO

Şəki Şəhər-Rayon Polis Şöbəsinin Sarıca Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbiri nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, rayonun Turan qəsəbə sakini, əvvəllər də dəfələrlə oğurluq cinayətlərinə görə məhkum olunmuş Sahib Yaqubovda silah olması və satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxs odlu silahı satmaq məqsədilə aparan zaman saxlanılıb. Onun üzərinə baxış keçirilərkən atəşə yararlı “Makarov” markalı tapança, sərnişin qismində olduğu taksidən isə ona məxsus bağlamada gizlətdiyi “Kalaşnikov” avtomatı, eləcə də həmin silahlara məxsus daraqlar, 17 ədəd patron və süngü-bıçaq aşkar edilərək götürülüb. S.Yaqubov ifadəsində silahları bir müddət əvvəl tapdığını və 3200 manata satmaq məqsədilə Mingəçevir şəhərinə aparmaq istədiyini bildirib.
Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir. Məhkəmənin də qərarı ilə S.Yaqubov barəsində həbs-qətimkan tədbiri seçilib.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO















