Şəkidə “Narkomaniyaya yox deyək” tədbiri keçirilib - FOTO

Şəki Şəhər Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 10 saylı orta məktəbdə “Narkomaniyaya yox deyək”, “Erkən nikahın fəsadları” və “Dini radikalizmlə mübarizə” mövzularında tədbir keçirilib.
Tədbirdə çıxış edən ŞRPŞ-nin rəisi, polis polkovniki Elnur Həsənov müasir dövrdə narkomaniyanın insanlıq əleyhinə böyük bəlaya çevrildiyini qeyd edərək onun zərərlərindən, ağır nəticələrindən danışıb, səbəb olduğu faciələrdən real faktlara istinad edib. E.Həsənov yeniyetmələrə bu bəladan hər zaman uzaq, milli-mənəvi dəyərlərimizə sadiq olmalarını, təhsilə, sağlam həyat tərzinə maraq göstərmələrini tövsiyə edib.
Erkən nikahın fəsadlarından da söz açan şöbə rəisi ölkə qanunvericiliyində nikah yaşı, erkən nikahın yaratdığı hüquq pozuntusu və digər məsələlərlə bağlı ətraflı məlumat verib, bu kimi halların qarşısının alınmasında maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıb.
Daha sonra dini radikalizm və onun fəsadları barədə məlumat verilib, ölkəmizdə dini tolerantlığın, multikulturalizm dəyərlərinin daim qorunduğu, inkişaf etdirildiyi və bu istiqamətdə dövlət tərəfindən bir sıra mühüm tədbirlərin görüldüyü diqqətə çatdırılıb.
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO















