Sel bu dəfə Şamaxını “vurdu” - Sürücülər görün nələr danışır

İki gündür Şamaxıya yağan güclü leysan yağışından sonra dağlardan gələn sel suları rayonun Mədrəsə kəndini rayon mərkəzi ilə birləşdirən avtomobil yolunun bağlanmasına səbəb olub. Sel suları qəflətən yolu basaraq orada böyük gölün əmələ gəlməsinə səbəb olub. Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, çökək ərazidən keçən yol və oradakı avtomobil körpüsünün üstü su və qalın lil qatı ilə örtüldüyü üçün kəndə gedib-gələn avtomobillərin hərəkəti məhdudlaşıb. Sürücülərin sözlərinə görə, hər dəfə rayona güclü leysan yağışları yağanda kəndin körpüsünü su basaraq yolu bağlayır, avtomobillər saatlarla yolda qalır. Sakinlərin sözlərinə görə, qəfildən gələn sel suları piyadalara və iri və xırda buynuzlu heyvanlar üçün də təhlükə yaradıb. Körpünü keçmək istəyən bəzi sürücülərə ciddi ziyan dəyib, mühərriki sıradan çıxan avtomobillər suyun ortasında qalıb. Mədrəsə kəndindən rayon mərkəzinə sərnişin daşıyan avtobus da mühərriki sıradan çıxdığı üçün suyun ortasında qalıb.
Avtobusda olan sərnişinlər bir saat suyun ortasında gözləməli olub. Kənd sakinləri tərəfindən əraziyə çağırılan texnika vasitəsi ilə avtobus sudan çıxarılıb, sərnişinlər başqa avtomobillərlə yola salınıb.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












