Şəmkir sakinində narkotik aşkarlanıb - FOTO

Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Valeh Cəfərov saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, onun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan “marixuana” aşkar edilib.
Saxlanılan şəxsin ətrafında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində onun yaşadığı evdə də narkotik vasitə olması aşkarlanıb. Ünvana baxış zamanı oradan 2 kiloqramdan çox narkotik vasitə olan marixuana aşkarlanıb. Dindirilmə zamanı saxlanılan şəxs narkotik vasitəni şəxsi istifadəsi üçün əkdiyini bildirib.
Faktla bağlı Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO











