Şəmkirdə qadın 21 nəfərin 56940 manat pulunu mənimsədi – POLİS SAXLAYIB

Şəmkir rayon polis şöbəsinə daxil olmuş çox saylı müraciətlər əsasında vətəndaşlara sosial mənzil, pensiya, işə qəbul və sosial yardım düzəltmək adı ilə dələduzluq edən şəxs saxlanılıb.
Avtosfer.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupuna istinadən məlumat verir ki, qeyd olunan faktlara əsasən rayon sakini Yeganə Yusifova polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, o, bu faktlardan başqa daha bir neçə vətəndaşa məxsus qızıl-zinət əşyalarını da almaq adı ilə külli miqdarda vəsaiti ələ keçirmiş və pulunu ödəməmişdir.
Polis onu da müəyyən edib ki, Yeganə Yusifova 2 vətəndaşın fala baxmaq və cadu etmək adı altında ayrı-ayrılıqda 6000 və 600 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.
Saxlanılan şəxs ümumilikdə 21 nəfərdən 56940 manat pulu dələduzluq yolu ilə mənimsəyib. Faktla bağlı Cinayət Məcəlləsinin178-ci maddəsinin (Dələduzluq) müvafiq bəndi ilə cinayət işi başlanılıb, araşdırmalar davam edir.
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək












