Sənədsiz evlərlə bağlı problem qaldırıldı: "Qeydiyyata alınmalıdır"

Parlamentdə sənədsiz evlərlə bağlı problem qaldırılıb.
Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib ki, bununla bağlı Prezident İlham Əliyev tapşırıq verib.
“Bu tapşırıq niyə yerinə yetirilmir? BMT qətnamə qəbul etməlidir?! Əksinə, onlar nə edirlər?! Vətəndaşı qeydiyyatdan çıxarırlar. Sənədsiz evlərdə yaşayan insanları qeydiyyatdan çıxarırlar ki, sənin evinin sənədi yoxdur. Bu adam 30 il o evdə yaşayıb, qız köçürüb, gəlin gətirib. Ölkədə 1 milyon sənədsiz ev var. Bu problem həll edilməli, həmin evlər qeydiyyata alınmalıdır. Bu həm də büdcəyə əlavə pul deməkdir. Bələdiyyələr də bu zaman vergi yığa biləcək”, - deputat vurğulayıb.
Siyavuş Novruzov müharibə veteranlarının təqaüdü məsələsinə də toxunub: “Müharibə veteranlarına 80 manat verilir. Müharibə veteranlarının 80 manatlıq müavinətinin artırılmasına əncam çəkilməlidir. Xaricdə oturan antimilli ünsürlər bundan istifadə edirlər. Buna əncam çəkilməli, vəsait artırılmalıdır”. (apa)
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO












