Sərhəddə atışma olub

Qırğızıstan-Tacikistan sərhədində atışma olub. APA-nın xəbərinə görə, bu barədə Qırğızıstan Dövlət Təhlükəsizlik Komitəsindən məlumat verilib.
Bildirilib ki, yerli vaxtla saat 12:20-də, Batken vilayətinin Leylek rayonunda baş verən hadisə zamanı sərhəd xətinin Qırğızıstan ərazisində heyvan otaran Tacikistan vətəndaşlarına bölgəni tərk etməklə bağlı xəbərdarlıq edilib.
Onlar bu xəbərdarlığa məhəl qoymayaraq, sərhədçilər tərəfə bir neçə dəfə atəş açıb, eləcə də daş parçaları atıblar. Komitədən bildirilib ki, buna cavab olaraq sərhədçilər havaya bir neçə dəfə xəbərdarlıq atəşi açıb. Qırğızıstan sərhədçiləri arasında xəsarət alan yoxdur. İnsident zamanı Tacikistan vətəndaşlarından biri naməlum şəraitdə yaralanıb. “Hazırda ərazidə sabitlik hökm sürür”, – qurumun rəsmi məlumatında deyilir.
Qeyd edək ki, hər iki ölkənin sərhəd qurumlarının təmsilçiləri arasında məsələ ilə bağlı müzakirələrin keçiriləcəyi gözlənilir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












