Sərnişinlər əlavə gediş haqqı ödəmək məcburiyyətində qalıblar - VİDEO

"Baku Bus" MMC"yə məxsus 175 saylı marşrut avtobusundan istifadə edən sərnişinlər həm yaxın, həm də uzaq məsafəyə getmək üçün 30 qəpik ödəmək məcburiyətində qalırlar. Avtosfer.az-ın məlumatına görə, bir neçə gün əvvəl Səməd Vurğun parkından Sabunçu rayonu Hövsan qəsəbəsinin mərkəzinə hərəkət edən bu marşrut avtobusunda qiymətlər 20 qəpikdən 30 qəpiyə artırılmışdı. Avtobusda kart sistemi olduğuna görə sərnişinlər 30 qəpiyi birbaşa karta vurub, marşrut xəttindən istifadə edirlər. Sərnişinlərin sözlərinə görə, belə olduqda 2 dayancaq məsafə getdikdə də 30 qəpik ödəməli olurlar.
Sərnişinlər bildirir ki, 75 saylı marşrut xətti ''Baku Bus"a verilməmişdən öncə ödəniş haqqı məsafədən asılı olaraq ödənilirdi.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən bildirildi ki, sakinlərin narazılığı araşdırılacaq.
Qeyd edək ki, Tarif Şurasının qərarına görə, şəhərətrafı və qəsəbələrarası gediş haqqı 1 km-dən 15 km-dək 20, 15 km-dən 25 km-dək 25, 25 km-dən 30 km-dək 30 qəpikdir.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












