Sərnişinlər metrodakı havasızlıqdan şikayətçidir - VİDEO

Sərnişinlər metro stansiyalarında havalandırma sisteminin yaxşı vəziyyətdə olmamasından şikayətçidirlər. Əsasən də havaların isti keçdiyi bu günlərdə problem daha da kəskinləşir. Nəinki vaqonlarda, hətta tunellərdə belə havasızlıq olur. Qatarların pəncərələri açıq olmasına baxmayaraq, yenə də içəridə havasızlıq yaranır. Nəticədə bir çox sərnişin metrodan deyil, yerüstü ictimai nəqliyyatdan istifadə etmək məcburiyyətində qalır.
"Bakı Metropoliteni'' Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev də qatarlarda havasızlığın olduğunu təsdiqlədi. Onun sözlərinə görə, köhnə qatarlarda kondisioner sistemi yoxdur və quraşdırılması da mümkünsüzdür. Çünki qatarları istehsal edən müəssisə istehsal zamanı kondisionerlərin quraşdırılmasını nəzərdə tutmayıb. Ancaq tunellərdə xüsusi avadanlıqlar vasitəsilə havalandırma yaradılır.
Nəsimi Paşayev bəzi metro stansiyalarında havalandırma sisteminin elektrik enerjisinə görə işlədilməməsi iddiasına da aydınlıq gətirdi.
Qurum rəsmisi bildirdi ki, köhnə qatarlar istifadə müddətini bitirdikcə onlar daha müasirləri ilə əvəz olunacaq.
Qeyd edək ki, hazırda metropolitendə 5 vaqondan ibarət 3 yeni qatar istifadədədir. Bu qatarlarda müasir kondisioner sistemi quraşdırılıb.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












