Şərur sakinini döyərək videoya çəkən şəxslər tutulub

Şərur rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz tədbirlərlə cinayətkar qrup halında rayon sakini Qərib Əhmədovu (ad şərtidir) yaşayış yerindən kənara çay qırağına aparıb güc tətbiq edərək, qollarını bağlayıb küt və kəsici alətlərlə xəsarətlər yetirməklə, şərəf və ləyaqətini alçaldıb video çəkilişini apararaq ağır cinayət törətmiş şəxslər saxlanılıb.
Bu barədə Avtosfer.az-a Naxçıvan Daxili İşlər Nazirliyindən bildirilib.
Cinayəti törətmiş rayon sakinləri Niftəliyev Elmar Hüseyn oğlu və Seyidov Mirhüseyn Mirəziz oğlunun üzərlərindən odlu silah, küt alət, bıçaq və külli miqdarda narkotik vasitə aşkar olunaraq götürülüb.
Saxlanılan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib.
Hazırda cinayətkar dəstənin digər üzvlərinin tutulması istiqamətində və törətdikləri digər cinayətlərin aşkarlanması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












