Sərxoş vəziyyətdə küçədə söyüş söydü, saxlanıldı

Biləsuvar rayonunda küçədə söyüş söyən şəxs saxlanılıb.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları Biləsuvar-Bəhrəmtəpə yolunun 50 km-də İmişli rayonu Aranlı kəndinin qarşısından keçərkən bir nəfərin ucadan söyüş söydüyünü görüblər.
Polislər həmin şəxsə yaxınlaşanda onun Aranlı kənd sakini 1972-ci il təvəllüdlü S. Məmmədov (ad-soyad şərtidir) olduğu məlum olub. Onlar həmin şəxsi nizam-intizama dəvət etsələr də, S. Məmmədov sərxoş vəziyyətdə olduğu üçün öz hərəkətlərinə davam edib və ictimai asayişi pozub.
Polis əməkdaşları onu Səmədabad Polis Bölməsinə aparıblar. Orada S. Məmmədovla bağlı İnzibati Xətalat Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) maddələri ilə protokollar tərtib olunub.
Protokola Biləsuvar Rayon Məhkəməsində baxılıb. Məhkəmənin qərarı ilə, S. Məmmədov 150 manat məbləğində cərimələnib.
unikal
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO












