Sevgilisi ilə birlikdə həyat yoldaşını döyən həkimlə bağlı YENİ XƏBƏR - Sertifikatı yoxdur

Ötən gün həyat yoldaşı Aynur Əsədliyə qarşı şiddət göstərməsi ilə gündəmə gələn həkim-onkoloq İbrahim Əsədli ilə bağlı yeni fakt ortaya çıxıb.
Qlobal.net Unikal-a istinadən xəbər verir ki, o, sertifikatı olmadan həkim kimi fəaliyyət göstərirmiş.
Səhiyyə Nazirliyinin Media və kommunikasiya şöbəsindən bildirilib ki, İbrahim Novruz oğlu Əsədlinin sertifikasiya müddəti 5 oktyabr 2023-cü ildə bitib:
“Əhalinin sağlamlığının qorunması haqqında” və “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunlarına uyğun olaraq müvafiq tədbirlərin görülməsi üçün bu kimi hallar aşkar olunduqda vətəndaşlar Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə rəsmi müraciət edə bilərlər. Həmçinin, mediada işıqlandırılan məlumatlarda insan həyatı və sağlamlığına təhlükə yaradan faktlar əsasında Analitik Ekspertiza Mərkəzi araşdırmalar apara bilər”, - deyə nazirliyin cavabında qeyd olunub.
Qeyd edək ki, İbrahim Əsədli və həyat yoldaşı Aynur Əsədli arasında mübahisə yaşanıb. Daha sonra İ.Əsədli qeyri-rəsmi münasibətdə olduğu Aynur adlı qadınla birlikdə A.Əsədliyə qarşı şiddət göstərib.
Hadisədən sonra Aynur Əsədli Nizami Rayon Polis İdarəsinin 25-ci polis şöbəsinə ərizə ilə müraciət edib. Artıq iş üzrə ekspertiza təyin olunub.
Xatırladaq ki, döyülən qadın da həkimdir. Belə ki, Aynur Əsədli Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda çalışır.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












