Sevgilisinin sifarişi ilə Moskvada öldürülən azərbaycanlının qatilləri Türkiyəyə qaçıblar - FOTO

Rusiyanın Moskva vilayətinin Balaşixa şəhərində azərbaycanlı iş adamı Nazim Əhmədovu öldürməkdə şübhəli bilinən şəxs və onun əlbir olduğu cinayət yoldaşı Türkiyəyə qaçıblar.
Bu barədə “Mash” “Telegram” kanalı öz mənbələrinə istinadla xəbər verib.
Bildirilir ki, onlar tapançanı yolda atıb Şeremetyevo hava limanına gediblər, oradan isə Türkiyəyə yollanıblar. Şübhəlilərin hər ikisinin axtarışı davam edir.
Xatırladaq ki, Nazim Əhmədov aprelin 20-də sahib olduğu “Yunis” mağazasının yaxınlığında pusquya salınaraq öldürülüb. Qatil onu sinəsindən və başından güllələyib. Əhmədovun rəsmi həyat yoldaşı, 61 yaşlı Ofeliya mağazaya gələn zaman əri ilə birlikdə avtomobildə olub. Onu da öldürməyə cəhd ediblər, lakin alınmayıb.
Moskva vilayətinin İstintaq Komitəsində hər iki təqsirləndirilən şəxsə qiyabi olaraq “qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə adamöldürmə” və “qanunsuz silah alveri” ittihamı irəli sürülüb.
Bundan əvvəl bildirilmişdi ki, Nazim Əhmədovun qətl səbəbi qadın intiqamı ola bilər. Belə ki, biznesmenin Azərbaycanda qeyri-rəsmi həyat yoldaşı olduğu deyilir. Cinayət törətmək üçün qatili o tuta bilərdi.
oxu.az
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












