Şəxs istintaq orqanına çağırış vərəqəsi olmadan telefonla da çağırıla biləcək

Azərbaycan Respublikası Prezidenti tərəfindən 22 dekabr 2023-cü ildə imzalanmış və 26 yanvar 2024-cü ildə qüvvəyə minmiş Qanunla Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə dəyişikliklər edilib.
Avtosfer.az xəbər verir ki, Cinayət-Prosessual Məcəlləyə edilmiş dəyişikliklərdən biri də şəxsin istintaq orqanına çağırılması qaydaları ilə bağlıdır.
Belə ki, həmin Məcəlləyə əlavə edilmiş 54-2.6-cı maddəyə əsasən, şəxs telefon, videokonfrans əlaqə sistemi və ya digər rabitə və telekommunikasiya vasitələrindən istifadə edilməklə çağırıla bilər.
Bu halda çağırılan şəxsə çağırış vərəqəsinin bu Məcəllənin 54-2.1-ci maddəsində nəzərdə tutulmuş məzmunu, o cümlədən çağırılan şəxsin hüquq və vəzifələri izah edilir və bu barədə protokol tərtib olunur.
Şübhəli və ya təqsirləndirilən şəxs telefon, videokonfrans əlaqə sistemi və ya digər rabitə və telekommunikasiya vasitələrindən istifadə edilməklə çağırıldıqda həmin şəxs qabaqcadan xəbərdar olunmaqla onun səsinin qeyd edilməsi təmin olunmalı, bu protokollaşdırılmalı və müvafiq elektron daşıyıcı protokola əlavə edilməlidir. (qafqazinfo)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












