Səyavuş Heydərov: “Ölkələri ədalətli olmağa dəvət edirik”

Monoetnik dövlət olan Ermənistan maddi-mədəniyyət abidələrinin zənginliyi ilə seçilən Qarabağ bölgəsində İslam mədəniyyətinə aid olan muzeyləri, məscidləri və abidələri yerlə-yeksan edib, onların bir qisminin erməniləşdirilməsinə, özününküləşdirilib dəyişdirilməsinə cəhdlər edir.
Bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov mediaya açıqlamasında deyib.
O bildirib ki, Qafqaz Albaniyasına məxsus məbədlər erməniləşdirilərək qriqoryanlaşdırılır, məscidlərin Azərbaycan xalqına deyil, başqa dövlətlərə məxsus olduğu iddia edilir və bu niyyətlə çirkin addımlar atılır:
“Bu əməllər bütün bəşər mədəniyyəti və ümumbəşəri sivilizasiyaya qarşı vandalizm aktı, vəhşilik faktıdır. Bu gün dünyanın bəzi aparıcı ölkələri Ermənistana təzyiq göstərmək, işğal altında saxladığı ərazilərdən çıxmasını tələb etmək əvəzinə, Azərbaycanı mənasız atəşkəsə sövq etməyə çalışırlar. Ermənistanın işğalçılıq siyasətinə dəstək verən ölkələri məsələyə tarixi ədalət və mövcud reallıq prizmasından baxmağa dəvət edirik. Bu məqamda bir çox müsəlman ölkələrinin də müxtəlif səbəblərdən işğalçını dəstəklədiyini, yaxud da səssiz qaldığını təəssüf hissi ilə seyr edirik. Bölgədə sülhə, təhlükəsizliyə ən əsas maneə olan işğalçılıq sona yetməli, işğalçı hər hansı forma və dərəcədə beynəlxalq qınağa və məsuliyyətə cəlb edilməlidir.
Sülh və birgəyaşayış missiyasını uğurla daşıyan Azərbaycan əsl tolerantlar, vətənpərvərlər və ürəyində Allaha məhəbbət olan insanların yaşadığı məkandır. Təsadüfi deyil ki, torpaqlarımızı işğaldan azad etmək uğrunda bütün dinlərə etiqad edən vətəndaşlarımız eyni əzm və qərarlılıqla döyüşür, qəhrəmancasına şəhid olurlar. Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi uğrunda gedən döyüşlərə könüllü qatılan A.Aqarunovun göstərdiyi şücaət hələ də dillərdədir. Azərbaycan bu torpaqda yaşayan bütün millətlərin Vətənidir. Azərbaycanın böyüklüyü, gücü də məhz bundadır”.
Nərminə
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!
Bu qurumda yoxlamalar aparıldı
“28 May”da avtobuslar neçə dəqiqədən bir hərəkət edir? - VİDEO
Azərbaycan XİN-dən Fransanın "səyahət xəbərdarlığı"na sərt reaksiya
Bakının daha iki küçəsində avtobus zolağı təşkil edilir - FOTO
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA
Pensiyalarla bağlı gözlənilən XƏBƏR










