Sığorta fırıldağı: Mühərrikin həcmi fərqli şəkildə göstərilir - VİDEO

Bakıda sığorta şirkəti vətəndaşa qarşı fərqli formada fırıldağa əl atıb. Belə ki, sığorta şirkəti Xasay Məmmədovdan avtomobilin icbari sığortası üçün 3000 kubsantimetr həcmdə mühərrikə görə ödəniş alsa da, sistemə 2000 kubsantimetr həcmli avtomobilin göstəricilərini daxil edib. Bunun üçün ondan 112 manat alıb. Nəticədə sənəddə mühərrikin həcmi 3000 kubsantimetr qeyd olunsa da, sistemdə bu rəqəm 2000 kubsantimetr kimi görünür.
Hər il eyni sığorta şirktənin müştərisi olan Xasay Məmmədov bu faktı avtomobilini başqa şirkətdə sığorta etdirərkən öyrənib. Vətəndaş deyir ki, eyni hadisə başqa bir yaxınının da başına gəlib və həmin tanışı qəza zamanı dəyən zərəri sığorta şirkətindən ala bilməyib. Zərərçəkən məsələ ilə bağlı sığorta şirkətinə müraciət etdikdə özünü şirkət müdiri kimi təqdim edən şəxs də faktı təsdiqləyib.
Sığorta ekspertləri bu vəziyyətdə müştərinin haqlı olduğunu və hər hansı qəza zamanı ona dəyən ziyanı sığorta şirkətindən tələb edə biləcəyini deyirlər. Bununla belə zərərçəkən əlindəki ödəniş qəbzi və müvafiq sənədlər ilə şirkəti məhkəməyə də verə bilər.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












