Şirvanda ilk və möhtəşəm Layihə olan "BestIT" Layihəsi start götürüb - FOTO

Şirvanda ilk və möhtəşəm Layihə olan "BestIT" Layihəsi start götürüb.
Avtosfer.az xəbər verir ki, aztəminatlı ailələrə dəstək ideyası çərçivəsində , IT bilgilərinin inkşafı məqsədilə həyata keçirilən "BestIT" layihəsi "Uğur Marafonu" devizi ilə işinə başladı.
Belə ki, 09.06.2022-ci il tarixində Şirvan Gənclər Evinin Kompüter Mərkəzinin rəhbəri, Qrafik Dizayner Aynur Gülüşovanın rəhbərlik etdiyi layihənin açılışı baş tutdu.
Açılışda layihə üzvlərinə və qonaqlara layihənin əsas ideyası, gedişatı, təyin olunmuş müddət ərzində baş tutacaq fəaliyyətlər, əldə olunacaq nəticələr haqqında qısa yol xəritəsi verildi, layihənin təqdimat loqosu nümayiş olundu. Şirvan Gənclər Evinin direktoru Əfqan Həsənov, Baş Mühasib Ülviyyə Bağırova çıxış edərək layihənin işinə uğur arzuladılar, həmçinin GKİM-nin Layihələndirmə Departamentinin direktoru Əlibaba Əlifov, Şirvan Xəbər saytının redaktoru Gülnurə Nəsir, və Motivator, İntellektual Oyunlar üzrə Mütəxəssis Samir Məmmədov öz dəstək məqsədli çıxışlarını sərgilədilər. Tədbirin sonunda layihəyə üzv olan gənclər sorğu anketlərini doldurdular və üzvlüklərini rəsmiləşdirdilər.
•Tədbirin ardından "BestIT" layihəsinin baş koordinatoru Rəşad Aslanın təqdimatında ilk Motivasiya təlimi baş tutdu. Təlim zamanı, layihəyə qoşulan gənclərin davamlılığını artırmaq, çətinliyə dözümlülük, məqsədlərin seçilməsi və.s mövzulara əsaslı köklənməsi üçün vacib məqamlar vurğulandı.
"BestİT" layihəsi
•Layihə Rəhbəri: Aynur Gülüşova
•Layihənin Koordinatoru: Rəşad Aslan
•Layihənin Dəstəkçiləri: Şirvan Gənclər Evi, GKİM, Şirvan Xəbər saytı, Şirvan Debat Mərkəzi.
•Layihənin Müddəti: 4 ay
•Layihə çərçivəsində öyrədiləcəklər: Help Desk, Windows 10 Əməliyyat sistemi, MS Word, MS Excel, MS PowerPoint. Layihənin əhatə etdiyi gənc sayı: 16-20
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir

















